Dekabr ayının 19-da Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Daxili İşlər Nazirliyinin rəhbərlik etdiyi “Risklərin təhlili” işçi qrupunun onlayn formatda növbəti iclası keçirilib.
“Risklərin təhlili” işçi qrupunun rəhbəri, daxili işlər nazirinin müavini polis general-leytenantı cənab İsmət Əliyevin iştirakı ilə keçirilən iclasda epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və ya karantin rejimlərinin pozulması, yolxucu xəstəliklər, məcburi miqrasiya məsələləri, habelə 2024-cü il 25 sentyabr tarixində İşçi Qrupunun Bakı şəhərində keçirilmiş iclasın protokolunun yerinə yetirilməsi vəziyyəti və digər məsələlər müzakirə olunub.
İclasın yekununda İşçi qrupunun üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasına təqdim olunması məqsədilə 2025-ci ilin yeni Fəaliyyət Planı layihəsinə və gündəlikdə duran məsələyə dair təkliflərin İşçi qrupunun katibinə bildirilməsi ilə bağlı qrup üzvlərinə müvafiq tapşırıqlar verilib.
